Siyasət

16 Fevral

Dolların möhkəmlənməsi nefti bahalaşdırdı

Dünyanın əsas neft istehlakçısı Çində yanacağa tələbatın bərpası ümidləri, dolların məzənnəsinin möhkəmlənməsi və ABŞ-ın xam neft ehtiyatlarının artması fonunda neft qiymətləri bahalaşıb.

Fins.Az xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 42 sent və ya 0,5% bahalaşaraq 85,80 ABŞ dolları olub.

WTI markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 48 sent və ya 0,6% dəyər qazanaraq 79,07 ABŞ dollarına çatıb.