Siyasət

15 Fevral

Azərbaycanda OPEC sazişinə 78% əməl edib

Azərbaycanda bu ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub.

Fins.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC sazişinə 77,9% əməl edib.

Əlavə edək ki, "OPEC+" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.