Siyasət

14 Fevral

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel olacağını proqnozlaşdır. Bu da əvvəlki proqnozla eynidir.

Bu barədə Fins.Az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən il bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 42 min barel azdır.