Siyasət

14 Fevral

Slovakiya və Azərbaycan bu sahədə əməkdaşlıq edə bilər

Slovakiya və Azərbaycan qaz şəbəkələrinin dekarbonizasiyası sahəsində əməkdaşlıq edə bilər.

Bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyindən Fins.Az-a bildirilib.

"Slovakiya Respublikası Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığa açıqdır və özünün bu sahədəki, o cümlədən bərpa olunan enerji sahəsində Avropa siyasətinin reallaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır. Slovakiya su elektrik stansiyaları və günəş elektrik stansiyalarının tikintisi, həmçinin biokütlənin, günəş istilik sisteminin və istilik nasoslarının istifadəsi üzrə böyük təcrübəyə malikdir. Qaz şəbəkələrinin dekarbonizasiyası müvafiq maraqlı tərəflərin mümkün əməkdaşlığının daha bir istiqamətinə çevrilə bilər", - nazirlikdən deyilib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda bərpa olunan elektrik enerjisinin istehsalı 1,945 milyard kVt/saatdan artıq olub.

Hesabat dövründə su elektrik stansiyalarında enerji istehsalı 27,043 milyard kVt/saatdan artıq olub. Bərpa olunan elektrik enerjisi təqribən 1,596 milyard kVt/saat, külək enerjisi - 83,3 milyon kVt/saat, günəş enerjisi - 60,9 kVt/saat, zavodda bərk məişət tullantılarının yandırılmasından alınan enerji isə - 205,3 milyon kVt-saat təşkil edib. Bütünlükdə hesabat dövründə ölkədə 28,988 milyard kVt-saatdan artıq (dörd faiz artım) elektrik enerjisi istehsal edilib. İxracın payına üç milyard kVt/saatdan çox elektrik enerjisi düşüb, 131,7 milyon kVt/elektrik enerjisi isə idxal olunub.