Siyasət

13 Fevral

Azərbaycan qaz ixracını 12% artırıb

Azərbaycanda yanvar ayında qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 12% artıb.

"Fins.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

Nazirin sözlərinə görə, Avropaya 1 milyard kubmetr qaz tədarük edilib. O bildirib ki, bu müddətdə Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.

Nazir vurğulayıb ki, ötən ay Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,5 miyard kubmetr qazla təchiz edib.