Siyasət

10 Fevral

Azərbaycanın Almaniyaya neft ixracından qazancı 64 milyon dollar azalıb

Azərbaycan ötən il Almaniyaya 563,7 milyon dollar dəyərində 801,4 min ton neft ixrac edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ölkənin Azərbaycandan neft idxalının dəyəri 2021-ci illə müqayisədə 64,4 milyon dollar azdır.

Əlavə edək ki, 2021-ci ildə Azərbaycan Almaniyaya 628,1 milyon dollar dəyərində  1,1 milyard ton neft ixrac edib.