Siyasət

10 Fevral

Ötən il “Səngəçal” terminalından gündəlik 68 milyon kubmetr “Şahdəniz” qazı göndərilib

2022-ci ildə “Səngəçal” terminalından 232 milyon bareldən çox neft və kondensat, o cümlədən “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə 225 milyon barel və Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə təxminən 7 milyon barel ixrac edilib.

Fins.Az BP-nin illik hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

İl ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 68 milyon kubmetr (təxminən 2 milyard 416 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.