Siyasət

10 Fevral

Ötən il CQBK-nin gündəlik orta ötürücülük gücü 57,4 milyon kubmetr qaz təşkil edib

2022-ci ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 72 milyon dollar, əsaslı xərclər isə 5 milyon dollardan çox olub.

Fins.az BP-nin illik hesabatına istinadən xəbər verir ki, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 57,4 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.