Siyasət

10 Fevral

Ötən il AÇG-dən 2,6 milyard kubmetr səmt qazı təhvil verilib

2022-ci ildə “Azəri-Çıraq-Günəşli”dən (AÇG) Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,6 milyard kubmetr səmt qazı təhvil verilib.

Fins.az BP-nin illik hesabatına istinadən xəbər verir ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.