Siyasət

09 Fevral

BTC ilə 530 mln. tondan çox neft nəql edilib

2022-ci il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 100 milyon dollar, əsaslı xərclərə isə 27 milyon dollar vəsait xərclənib.

Fins.Az BP-nin (layihənin operatoru) hesabatına istinadən xəbər verir ki, ötən il martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd edib.

Məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.