Siyasət

09 Fevral

BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 5% artıb

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı ötən il 2 377 nəfər olub.

Fins.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə yaydığı hesabatda qeyd edilib.

Hesabata görə, bu, 2021-ci il ilə müqayisədə 111 nəfər və ya 4,9% çoxdur. Bildirilir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.