Siyasət

09 Fevral

“Norm” ASC qardaş ölkə Türkiyəyə 1.600,000 TL dəyərində humanitar yardım göndərib

“Norm” ASC zəlzələdən zərər çəkmiş qardaş ölkə Türkiyəyə 1 milyon 600 min türk lirəsi dəyərində humanitar yardım göndərib.  Fins.az şikətə istinadən xəbər verir ki, şirkət Türkiyənin “Bizim Toptan” şirkəti (www.bizimtoptan.com.tr) vasitəsilə müxtəlif qida, geyim və gigiyena məhsullarının alınmasını təşkil edib. Qeyd edək ki, zəlzələ bölgəsində olan insanların təcili ehtiyaclarının qarşılanmasına dəstək olmaq üçün şirkət tərəfindən alınan humanitar yardım 3 irihəcmli yük maşını vasitəsilə bölgəyə yola salınıb.

“Norm” ASC olaraq bu çətin günlərdə türk xalqının yanında olduğumuzu bildirir, türk qardaş və bacılarımızın kədərini bölüşür, zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!

Rəvanə Sərdarova

Fins.az