Siyasət

06 Fevral

Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 37 mln. dollardan çox artıb

Azərbaycan ötən il Türkiyəyə 713 milyon 104 min dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 37,2 milyon dollar çoxdur.

Bununla da Türkiyə Azərbaycandan qeyri-neft məhsullarının idxalında ikinci yerdədir.

Əlavə edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının Türkiyəyə ixracı 675 milyon 854 min dollar dəyərində olub.