Siyasət

01 Fevral

Azərbaycanda aqroparkların reyestrinin yaradılması üzrə iş tamamlanıb

Azərbaycanda aqroparkların reyestrinin yaradılması üzrə iş tamamlanıb.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu gündən etibarən proqressiv texnologiyalar tətbiq edən aqrokomplekslər aqropark statusu ala bilər. Bunun müsbət tərəfi ondan ibarətdir ki, səmərəli fəaliyyət göstərən aqroparklar dövlət tərəfindən müvafiq infrastruktura dəstək üçün güzəştli kreditlər əldə etmək imkanına malik olacaq. Yəni fəaliyyəti davamlı və səmərəli olan aqrokomplekslərə dəstək göstəriləcək, digərləri aqropark statusu ala bilməyəcək", - o deyib.