Siyasət

01 Fevral

Azəristiliktəchizatın rəhbəri Ağcabədidə vətəndaşları qəbul edəcək

Fevralın 26-da saat 10:00-da "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə qurumdan bildirilib. Qəbulda Ağcabədi, Ağdam və Laçın sakinləri iştirak edəcək.

Bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213a, Heydər Əliyev Mərkəzində keçiriləcək.