Siyasət

25 Yanvar

Azərbaycan ötən il 30 ölkəyə 26 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Ötən il Azərbaycan İtaliyaya 6 640 524,17 min ABŞ dolları dəyərində 8 902 201,85 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Fins.Az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. 2022-ci ildə bu ölkəyə 1 672 358,2 min dollar dəyərində 2 289 417,59 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1 625 428,01 min dollar dəyərində 2 016 842,39 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 30 ölkəyə 19 483 623,56 min dollarlıq 26 024 201,67 ton neft ixrac edib.

APA Azərbaycanın 2022-ci ildə neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

-

Cəmi

19 483 623.56

26 024 201.67

1

İtaliya

6 640 524.17

8 902 201.85

2

İsrail

1 672 358.20

2 289 417.59

3

Hindistan

1 625 428.01

2 016 842.39

4

İspaniya

998 958.11

1 393 132.02

5

Xorvatiya

952 386.35

1 159 692.58

6

Çexiya

919 890.51

1 193 948.77

7

Böyük Britaniya

752 508.07

926 011.63

8

Portuqaliya

742 619.12

1 020 358.90

9

İndoneziya

605 892.08

795 015.24

10

Almaniya

563 706.60

801 440.82

11

Türkiyə

502 220.05

768 725.69

12

Tunis

498 823.54

667 311.93

13

Vyetnam

491 270.85

607 603.34

14

İrlandiya

399 044.29

521 509.25

15

Rumıniya

378 607.28

538 424.03

16

Ukrayna

304 578.84

506 359.30

17

Tailand

257 211.41

404 990.99

18

Yunanıstan

247 754.79

326 382.38

19

İsveçrə

232 002.72

264 864.95

20

Tayvan (Çinin əyaləti)

207 624.37

277 707.09

21

Avstraliya

138 977.88

156 418.00

22

Avstriya

90 016.75

134 447.20

23

Norveç

64 180.95

90 094.23

24

Niderland

62 240.63

82 680.85

25

Belarus

57 590.07

84 893.31

26

Fransa

43 447.48

46 300.13

27

Malayziya

33 070.29

46 243.85

28

Rusiya

419.99

710.65

29

Bolqarıstan

268.72

471.01

30

Gürcüstan

1.44

1.70