Siyasət

23 Yanvar

Ötən il sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb

2022-ci ildə sənaye parklarının rezidentləri tərəfindən satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb.

Fins.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Agentliyin sədri bildirib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən ötən il ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür.