Siyasət

23 Yanvar

Büdcənin qeyri-neft sektoru üzrə gəlirləri 19% artıb

Operativ məlumata əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.

Fins.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur.

Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub.