Siyasət

21 Yanvar

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

2022-ci il dekabrın 1-i vəziyyətinə iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər çalışıb.

Fins.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında əməkhaqqı neft-qaz sektorunda 3388,6 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat olub.