Siyasət

21 Yanvar

2022-ci il dəmir yolu ilə 18,7 milyon ton yük daşınıb

Ötən il dəmir yolu nəqliyyatı ilə 18,7 milyon ton yük, 5136,5 min sərnişin daşınıb, 2021-ci illə müqayisədə yük daşınmasında 24,3 faiz, sərnişin daşınmasında isə 81,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, orta hesabla sutkada 337 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.