Siyasət

21 Yanvar

Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 21 milyard kubmetrədək təbii qaz ötürülüb

Ötən il Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 39 milyard 216,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilə nisbətən 11,7 faiz artım müşahidə olunub.

Fins.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qaz nəqlinin 53 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 20 milyard 803,7 milyon kubmetr təbii qaz ixrac edilib.