Siyasət

20 Yanvar

DSK: Ötən il diri çəkidə ət istehsalında 3 faiz artım olub

ənd təsərrüfatı bitkilərinin yığımı başa çatıb.

Fins.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 161,3 min ton və ya 2021-ci illə müqayisədə 6 faiz az dənli və dənli paxlalı bitkilər, 1 milyon 74,3 min ton (1,2 faiz çox) kartof, 1 milyon 823,3 min ton (0,4 faiz çox) tərəvəz, 469,3 min ton (2 faiz çox) bostan məhsulları, 1253,1 min ton (4,0 faiz çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 faiz çox) üzüm, min ton (15,0 faiz az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3 faiz çox) şəkər çuğunduru, 321,8 min ton (12,1 faiz çox) pambıq, 29,4 min ton (13,8 faiz çox) günəbaxan və 5,1 min ton (21 faiz az) tütün yığılıb.

Həmçinin ötən illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3 faiz artaraq 628 min ton, süd istehsalı 1,9 faiz artaraq 2 milyon 264,7 min ton, yumurta istehsalı 9,8 faiz artaraq 2 milyard 18,1 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,8 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub.