Siyasət

19 Yanvar

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 205,9 faiz artıb

2022-ci ilin dekabr ayı noyabr ayına nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 89,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri ötən ilin dekabrında 2021-ci ilin müvafiq dövrünə nisbətən 115,7 faiz, 2022-ci il üzrə isə 2021-ci il ilə müqayisədə 205,9 faiz artıb.

Ötən ilin yanvar-dekabr aylarında 2021-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 184,3 faiz artımı qeydə alınıb.