Siyasət

19 Yanvar

Neft Fondu yüksək reytinqli investisiya alətlərinə üstünlik verir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.12.2022 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

Fins.az ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 73,7% təşkil edib.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 14,8%-i "AA" reytinqli, 8%-i "A" reytinqli, 2,8%-i "BBB" reytinqli, 0,6%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 22,5%-i 0-1 il, 32,1%-i 1-3 il, 17,3%-i 3-5 il, 28,1%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, 31.12.2022 tarixinə ARDNF-nin investisiya portfeli 49 032,71 mln. dollara bərabər olub.

©APA