"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) ortalama gündəlik ixracı üzrə proqnozunu açıqlayıb.
Fins.A-ın məlumatına görə, APA Agentliyə istinadən xəbər verir ki, yaxın bir neçə il ərzində (2023-2025-ci illər) Azərbaycanda maye karbohidrogenlərin ixracı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.
Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə maye karbohidrogenlərin ixracı üzrə ən yüksək göstərici – 616,1 min barel, 2025-ci qeydə alınacaq.
Proqnoza əsasən, maye karbohidrogenlərin ixracı üzrə ən aşağı göstərici isə - 568,4 min barel, 2031-ci ildə qeydə alınacağı gözlənilir.
Azərbaycandan maye karbohidrogenlərin ixracı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:
Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2020-2025-ci illər |
||||||
İndikatorlar |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
İxrac, min barel/gün |
616 |
606,1 |
574,1 |
594,4 |
614,3 |
616,1 |
Ötən il ilə müqayisə, %-lə |
-8 |
-1,6 |
-5,3 |
3,5 |
3,4 |
0,3 |
|
||||||
Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2026-2031-ci illər |
||||||
İndikatorlar |
2026 |
2027 |
2028 |
2029 |
2030 |
2031 |
İxrac, min barel/gün |
600 |
591,5 |
585,8 |
580,1 |
574,6 |
568,4 |
Ötən il ilə müqayisə, %-lə |
-2,6 |
-1,4 |
-1 |
-1 |
-0,9 |
-1,1 |