Siyasət

12 Yanvar

Ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 5856 vətəndaş müraciət edib

Ötən il ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 5856 müraciət daxil olub.

Fins.Az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 418-i məlumat xarakterli olmaqla 4875 müraciət, təbii qaz təchizatı ilə bağlı 83-ü məlumat xarakterli olmaqla 743 müraciət, istilik təchizatı ilə bağlı 7-si məlumat xarakterli olmaqla 84 müraciət olunub. Digər məsələlərlə bağlı isə 4-ü məlumat xarakterli olmaqla 154 müraciət göndərilib.

Müraciətlərdən 4957-si agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (64 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 38 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 349 müraciət hazırda baxılma prosesindədir, 512 məlumat xarakterli müraciətdən 225-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

©AZƏRTAC