Siyasət

12 Yanvar

“Fitch” Azərbaycanda maye karbohidrogenlərin istehsalı üzrə proqnozunu açıqlayıb - CƏDVƏL

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft, qaz kondensatı və qaz emalı zavodlarında yaranana maye fraksiyalar – red.) ortalama gündəlik istehsalı üzrə proqnozunu açıqlayıb.

Fins.Az-ın məlumatına görə, APA Agentliyə istinadən xəbər verir ki, yaxın bir neçə il ərzində Azərbaycanda maye karbohidrogenlərin istehsalı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.

Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə ən maye karbohidrogenlərin istehsalı üzrə ən yüksək göstərici – 777,6 min barel, 2025-ci və 2026-cı illərdə qeydə alınacaq.

Proqnoza əsasən, maye karbohidrogenlərin istehsalı üzrə ən aşağı göstərici isə - 701,2 min barel, 2022-ci ildə qeyd alınmalıdır.

Azərbaycanda maye karbohidrogenlərin istehsalı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:

Azərbaycanda maye karbohidrogenlərin istehsalı – 2020-2025-ci illər

İndikatorlar

2020

2021

2022

2023

2024

2025

İstehsal, min barel/gün

730,1

741,3

701,2

727,9

758,5

777,6

Ötən il ilə müqayisə, %-lə

-7,4

1,5

-5,4

3,8

4,2

2,5

 

Azərbaycanda maye karbohidrogenlərin istehsalı – 2026-2031-ci illər

İndikatorlar

2026

2027

2028

2029

2030

2031

İstehsal, min barel/gün

777,6

774,4

770,6

766,7

762,2

756,9

Ötən il ilə müqayisə, %-lə

0

-0,4

-0,5

-0,5

-0,6

-0,7