Siyasət

06 Yanvar

“Azəristiliktəchizat”ın rəhbərliyi Göyçayda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev yanvar ayının 26-da, saat 10:00-da Göyçay və Ağdaş sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Fins.az bu barədə quruma istinadən xəbər verir.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Əlavə məlumat almaq istəyənlər (+994 77) 419 00 50, (+994 77) 418 00 18 nömrələri ilə əlaqə saxlaya bilərlər.