Siyasət

05 Yanvar

"Bakı Ayaqqabı Fabriki"nin rəhbərliyi dəyişdirilib

“Bakı Ayaqqabı Fabriki” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov vəzifəsindən azad edilib.

Səhmdar cəmiyyətinə rəhbərlik onun keçmiş direktoru Həsənəli Şahverdiyevə həvalə olunub.

"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus olub. Şirkəti ötən ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib. Onun nizamnamə kapitalı 7 851 794 manatdır.

(c)report