Siyasət

02 Yanvar

Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb

Böyük Britaniya 2023-cü il yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “Twitter” hesabında bildirib.

Nazirlik hələ 28 oktyabr 2022-ci il tarixində Böyük Britaniyanın Rusiyadan LNG tədarükünü tamamilə dayandıracağını açıqlamışdı.

Böyük Britaniyanın Rusiya qazını ABŞ analoqu ilə əvəz edəcəyi gözlənilir.