Siyasət

28 Dekabr

ASCO sədri: Kredit şərtləri ilə bağlı AYİB-lə danışıqlar davam edir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan 100 mln. dollar və daha çox kredit ayıra bilər.

"Fins.az" -ın verdiyi xəbərə görə, bunu ASCO sədri Rauf Vəliyev jurnalistlərə bildirib. O bildirib ki, borclanma ilə bağlı AYİB-dən başqa ASCO-nun da öz şərtləri var, xüsusən də gəmiçilik bu kreditin dövlət zəmanəti olmadan birbaşa cəlb olunmasının tərəfdarıdır.

"Bizim üçün təkcə kredit cəlb etmək deyil, onu aşağı riskli və yüksək gəlirlilik ilə effektiv layihələrə yatırmaq daha vacibdir. Bu, son nəticədə gəmiçilik şirkətinin inkişafına xidmət edəcək", - Vəliyev vurğulayıb.

O, həmçinin kreditin şərtləri, xüsusən də faiz dərəcəsi ilə bağlı AYİB ilə danışıqların davam etdiyini bildirib. "Yekun qərar hələ verilməyib, lakin biz kredit üzrə faiz dərəcəsinin 5% civarında olacağını gözləyirik”, - deyə o əlavə edib.