Siyasət

27 Dekabr

Misir neft və qaz yataqlarının işlənməsi üçün tender elan edib

Misir hakimiyyəti Nil deltasında və Aralıq dənizində neft və qaz yataqlarının işlənməsi hüququ üçün yeni beynəlxalq tender elan edib.

"Fins.az"xəbər verir ki, bu barədə çərşənbə axşamı dövlət xəbər agentliyi məlumat yayıb.

Tenderə yarısı dənizdə olmaqla 12 yataq daxildir.

Tenderdə iştirak üçün ərizələrin təqdim edilməsi üçün son tarix 30 aprel 2023-cü ildir.