Siyasət

26 Dekabr

Səudiyyə Ərəbistanın naziri Zəngilana səfər çərçivəsində salınan ilk “Ağıllı kənd”lə tanış olub

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan hökumətilə Səudiyyə Ərəbsitanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycan maliyyə naziri Samir Şərifov Zəngilana səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bərpa olunan ilk yaşayış məskəni, Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsilə tanış olublar.

"Fins.az" xəbər verir ki,regionun ilk “Ağıllı kənd”i haqqında qonaqlara məlumat verən maliyyə naziri Samir Şərifov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev onları salınan kəndlə yaxından tanış ediblər.

Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya Nazirinə kənddə qurulan Arximed qurğusunu isə “AS Group İnvestment” şirkətinin baş direktoru Tural Seyidov təqdim edərək qurğu barədə ətraflı məlumat verib. Şirkət rəhbəri, həmçinin cənab Əl-Falehə “AS Group” şirkətinin həyata keçirdiyi layihələr haqqında danışaraq nazirlə krallıqla potensial əməkdaşlıq barədə müzakirələr ediblər. Nazir Əl-Faleh kənd meydanında yaradılan Zəfər abidə-kompleksi ilə də tanış olaraq Ağalı kəndinin sakinlərini öz vətənlərinə qayıtmaları münasibətilə təbrik edib.