Siyasət

23 Dekabr

Rusiyadan 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnoz

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, 2023-cü ildə neftin dünya qiymətləri 70-100 dollar/barel diapazonunda olacaq, lakin artımlar da mümkündür .

"Hesab edirəm ki, bu gün neftin dünya qiymətləri real vəziyyəti əks etdirir - bu yaxınlarda 100 dollar idi, sonra 70 dollar səviyyələrinə düşdü. Yəni, 70-100 dollar arasında volatillik mövcuddur.  Çox güman ki, gələn il də qiymətlər bu diapazonda olacaq”,- Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, eyni zamanda, dünya neft bazarında hansı “qara qu quşları”nın peyda ola biləcəyini heç kim bilmir.