Siyasət

23 Dekabr

“Azəriqaz”: Bakıda qazlaşmamış böyük yaşayış massivləri yoxdur

Qazlaşma tədbirləri çərçivəsində bu il "Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-iyun aylarında Azərbaycanda 565 kilometr uzunluğunda yeni qaz xətləri çəkib.

Bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə çəkilən qaz xətlərinin 40 km-i Bakı və Abşeronun, 525 km isə regionların payına düşüb.

Şöbə rəisi onu da vurğulayıb ki, Bakı şəhəri ərazisində qazlaşmamış böyük yaşayış massivləri demək olar ki, yoxdur. Qalan xırda yaşayış massivlərinin isə qazlaşma prosesi davam etdirilir.

Qeyd edək ki, hazırda ölkə ərsizində qazlaşma səviyyəsi 96,3% təşkil edir.