Siyasət

19 Dekabr

Pakistan Azərbaycandan əlavə qaz tədarükünü gözləyir

Pakistan yaxın iki ay ərzində daxili tələbatı ödəmək üçün Azərbaycandan əlavə qaz tədarükünə ümid edir.

Trend-in Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın neft üzrə dövlət naziri Musadik Malik deyib.

Onun sözlərinə görə, Azərbaycandan əlavə qaz tədarükünün həcmi 20 min ton təşkil edəcək.