Siyasət

16 Dekabr

Pərviz Şahbazov: Bu il Azərbaycanda elektrik enerjisinin istehsalı 4 % artıb

Bu ilin 11 ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb.

Fins.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu ilin 11 ayında operativ məlumatlara əsasən, bu il ölkədə elektrik enerjisinin istehsalı 26 milyard 260,3 milyon kVt/saat, ixrac 2 milyard 546,8 milyon kVt/saat, idxal isə 126,3 milyon kVt/saat təşkil edib.

Nazir bildirib ki, yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 354,9 milyon kVt/saat artımla 1 milyard 855,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.