Siyasət

15 Dekabr

Azərbaycan “OPEC+” çərçivəsində öhdəliyini 124% yerinə yetirib

2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.

Energetika Nazirliyindən “Fins.az"-a verilən məlumata görə, qeyd olunan göstəricinin 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu. Belə ki, Azərbaycan “OPEC+” çərçivəsində öhdəliyini 124,4% yerinə yetirib.