Siyasət

14 Dekabr

Energetika naziri: Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu inkişaf etdirmək niyyətindədir

Qazaxıstan Azərbaycan, Çin və İran vasitəsilə neftin ixrac marşrutlarını inkişaf etdirmək niyyətindədir. Bu barədə Qazaxıstanın energetika naziri Bolat Akçulakov məlumat verib.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində inkişafına, həmçinin ÇXR və İrana ixrac istiqamətlərinə diqqət yetiriləcək", - Akçulakov çərşənbə günü hökumətin iclasında bildirib.

O dəqiqləşdirib ki, ixrac istiqamətlərinin şaxələndirilməsi çərçivəsində neft ixracının alternativ marşrutlarının inkişafı üzrə yol xəritəsi layihəsi hazırlanıb