Siyasət

13 Dekabr

Zaur Qurbanov: “SOCAR təcrübəsini digər ölkələrə yaymağa çalışır”

“SOCAR olaraq biz daim həllər üzərində çalışırıq və öz təcrübəmizi başqa ölkələrə də yaymaq niyyətindəyik”.

Bunu İllik İnnovasiya Sammitində çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov deyib.

O bildirib ki, təmsil etdiyi şirkət innovativ inkişafa imkan yaradan ideyaları toplamaqdadır:

“Şirkət olaraq biz son beş il ərzində beş mindən çox ideya toplamışıq. Təbii ki, bu, məhsuldarlığa müsbət təsir göstərən amildir. Biz həmçinin Günəş panellərindən istifadə etməklə bağlı müəyyən layihələr hazırlayırıq. Hazırda Türkiyədə də bir sıra fəaliyyətlər həyata keçiririk. Biz Türkiyədəki “Dəyər mənəm” proqramını Azərbaycanda da tətbiq etmək istəyirik”.