Siyasət

12 Dekabr

Azəristiliktəchizatın əvvəlki illərdən qalan borclarına baxılır - Ruslan Əliyev

"Azəristiliktəchizat"ın əvvəlki illərdən qalan borclarına baxılır.

Bunu bu gün jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.

"Cari ildə "Azəristiliktəchizat"ın quruma borcu yoxdur. Əvvəlki illərin borclarına isə baxılır. Amma dəqiq rəqəm deyə bilməyəcəm, hesablamalar aparılır, müzakirə olunur, dəqiq məlumat yoxdur".

R.Əliyev onu da qeyd edib ki, hazırda ölkə ərazisində qaz təchizatı barədə heç bir problem yoxdur.

"Vətəndaşlar fasiləsiz qazla təmin olunur", - "Azəriqaz" İB-nin baş direktoru əlavə edib.

© Trend