Siyasət

06 Dekabr

SOCAR-ın yataqlarında 1 ton neftin istehsal maya dəyəri 2,8% azalıb

2021-ci ildə SOCAR-ın yataqlarında 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb. Bu göstəricilər şirkətin 2021-ci il üzrə hesabatında öz əksini tapıb. Hesabat SOCAR-ın saytında dərc olunub.

"Fins.az" xəbər verir ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4,2%, əmək haqqı 15,4%, sosial sığorta fonduna ayırmalar 3,6%, amortizasiya ayırmaları 20,1%, əsas vəsaitlərin təmiri 8,3%, əsas vəsaitlərə texniki xidmət 4,9%, nəqliyyat xərcləri 10,5% təşkil edir.