Siyasət

02 Dekabr

Özbəkistanda qaz birliyinin yaradılması müzakirə olunacaq

Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçlü qaz ittifaqı”nın yaradılması məsələsi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana işgüzar səfəri zamanı müzakirə olunacaq.

"Fins.az" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Səmərqənddə jurnalistlərə bildirib.

"Bəli, qaz sahəsində əməkdaşlıq müzakirə olunacaq", - Novak Rusiya-Özbəkistan səfər çərçivəsində qaz birliyi mövzusunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Dekabrın 1-2-də Mişustin Özbəkistanda işgüzar səfərdədir - respublikanın baş naziri Abdulla Aripovla Səmərqənddə hökumət başçıları səviyyəsində Birgə Komissiyanın iclası, həmçinin biznes forum keçiriləvək.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də Mişustinlə görüşdə, Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakı ilə üçtərəfli ittifaqın yaradılmasının zəruriliyindən danışıb.