Bu ilin noyabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 93,35 ABŞ dollarına bərabər olub.
"Fins.az"-ın SOCAR-ın statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin noyabr ayının eyni göstəricisi ilə müqayisədə 10,61 dollar və ya 12,8 faiz çoxdur.
Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 3,24 dollar (və ya 3,3 faiz) azalıb.
Ay ərzində ən yüksək göstərici (noyabrın – 7-si) 102,6 dollar təşkil edib, ən minimal göstərici isə (noyabrın – 28-i) 84,03 dollar səviyyəsində olub. Noyabr ayı ərzində Azərbaycan neftinin qiyməti 9,75 dollar və ya 10 faiz azalıb.
Müəllif:Aynur Qəniyeva