Siyasət

11 Noyabr

\"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı\"nın gəmisi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus "Şəfəq" neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisini hərraca çıxaracaq.

"Fins.az" xəbər verir ki, gəminin start qiyməti 70 000 manat olacaq.

Bunun 10%-i beh kimi ödənilməlidir.

Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə qəbul olunacaq.