G7 ölkələri və Avstraliya Rusiya neftinə maksimum tarif təyin etmək barədə razılığa gəliblər.
"Fins.az" xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Mənbə bildirib ki, G7 və Avstraliya neft üçün "mütəmadi olaraq nəzərdən keçiriləcək tavan qiyməti təyin etmək qərarına gəliblər".
Belə bir mexanizmin dünya neft bazarında sabitliyin artırılmasına, eləcə də tələblərə əməl olunmasını sadələşdirməyə və bazar iştirakçılarının yükünü minimuma endirməyə kömək edəcəyi iddia edilir.
Həmçinin, qiymət tavanının mütəmadi olaraq yenidən nəzərdən keçiriləcəyi nəzərdə tutulduğundan, bu razılaşmanın iştirakçıları arasında bürokratik prosesləri artıracaq çoxlu sayda görüş və konfranslar tələb olunacaq.