Siyasət

03 Noyabr

Nazir: Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb

"Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb".

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır: “İnflyasiyaya təsir edən amillərin bəziləri dövlət tərəfindən tənzimlənir. Məsələn, başqa ölkələrdə yanacağın qiyməti ilə bağlı inflyasiya təzyiqi daha da kəskinləşib. Azərbaycanda isə dövlət tərəfindən aparılan siyasət nəticəsində qiymət sabit saxlanılır ki, bu da təsirli amillərdəndir”.