Neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payı cari ilə nisbətən azalma proqnozlaşdırılmışdır.
"Fins.az"xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.
Bildirilib ki, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin 16297,0 mln. manatının və ya 53,0%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılmışdır. 2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF transfertlərinin 1650,0 mln. manatın ARDNŞ tərəfindən ödənilən vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2875,0 mln. manatının Şahdəniz yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir.