Siyasət

13 Oktyabr

Səudiyyə Ərəbistanı: ABŞ OPEC+ qərarını təxirə salmağı xahiş edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ administrasiyasının OPEC+ qrupunun neft hasilatının azaldılması qərarının bir ay gecikdirilməsini istədiyini, lakin bu gecikmənin “mənfi iqtisadi nəticələrə” səbəb olacağını bildirib.
"Fins.az" xəbər verir ki,Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi təxirə salınma tələbi ilə bağlı yazılı açıqlama verib.

Məlumata görə, açıqlamada Səudiyyə Ərəbistanı hökumətinin OPEC+ qrupunun noyabr ayı etibarilə gündəlik neft hasilatını 2 milyon barel azaltma qərarından sonra verdiyi açıqlamaları araşdırdığı və hökumətin “iqtisadi çərçivədən kənar götürüldüyü və faktlara əsaslanmadığı görüntüsü yaratmağa çalışan” bu açıqlamaları tamamilə rədd etdiyi bildirilib.

OPEC+ qərarlarının iqtisadi çərçivədən kənar qəbul edildiyi və faktlara əsaslanmadığı təəssüratı var.

Sözügedən qərarların OPEC+ qrupu ölkələri tərəfindən birgə qəbul edildiyi bildirilən bəyanatda OPEC+ qrupunun belə iclaslarının nəticələrinin üzv ölkələr tərəfindən kollektiv şəkildə təsdiqləndiyi, heç bir ölkəyə xas olmadığı və neft bazarlarında tələb və təklif balansını nəzərə alınaraq verildiyi açıqlanıb.

Müəllif:Aynur Qəniyeva