İşğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarının rezidentləri üçün bir sıra güzəştlərin verilməsinin nəzərdə tutulduğu xüsusi paket hazırlanır.
“Fins.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndəsi Emin Hacıyev deyib.
O bildirib ki, bu paketdə müəssisələrin sosial ayırmalarının dövlət tərəfindən subsidiya olunması,kommunal ödənişlərin daha aşağı hesablanması,kreditlərin daha güzəştli şərtlərlə verilməsi nəzərdə tutulub.
Emin Hacıyevin sözlərinə görə bütün bu imtiyazları əhatə edən paket hazırlıq prosesindədir.
Müəllif:Aynur Qəniyeva